XƏBƏRLƏR

Üzən Günəş Panelləri layihəsi nə vəd edir?

AVQUST 15, 2024

Azərbaycanda ötən aydan etibarən üzən elektrik stansiyası fəaliyyətə başlayıb. Elektroenergetika sənayesi üçün unikal sayılan yeni stansiya Böyükşor gölündə fəaliyyət göstərir. Stansiya 100 kilovat gücündədir.

Üzən günəş panelləri, su səthində quraşdırılmış və günəş enerjisindən elektrik enerjisi istehsal edən innovativ bir texnologiyadır. Bu panellər adətən göllərdə, su anbarlarında və ya digər su hövzələrində yerləşdirilir. Belə stansiyalar son illər aktuallığını artırıb. Bu stansiyaların getdikcə inkişaf edəcəyi gözlənilir, lakin bu il yeni günəş qurğularının yalnız 2%-i su üzərindədir.

Üzən günəş panellərinin bir neçə əsas üstünlüyü vardır:

Yer İstifadəsi: Su səthində yerləşdiyi üçün torpaq üzərində yer istifadə etmədən günəş enerjisindən istifadə etməyə imkan tanıyır.

Soyutma Effektivliyi: Su səthi panellərin soyumasına kömək edir, bu da onların daha effektiv işləməsinə səbəb olur.

Su Evaporasiyasının Azalması: Su səthini örtərək suyun buxarlaşmasını azaldır, bu da su ehtiyatlarının qorunmasına kömək edir.

Bunlardan başqa üzən günəş panellərinin quruda işləyən günəş panellərindən 15%-ə qədər daha səmərəli olduğu təxmin edilir.

https://az.trend.az/business/green-economy/3933914.html