Bu ilin I yarısında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlir 1 milyard 359,813 milyon manat (cari məzənnə ilə 799,9 milyon ABŞ dolları) təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu gəlirlər 7,8 % artıb.
Bu ilin I yarısında magistral qaz kəmərləri şəbəkəsində itkilər 37,4 % azalaraq 23,8 milyon kubmetr təşkil edib.
Hesabat dövründə qaz kəmərləri ilə 20 milyard 540,7 milyon kubmetr qaz (1,3 % çox) nəql olunub. Ümumi nəqletmə həcminin təxminən 55,6 %-i CQBK-nın payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən CQBK-nın fəaliyyətindən əldə edilən gəlirlər 2 milyard 516 milyon 082,5 min manat (8,1 % çox) olub. 2023-cü ilin sonuna şəbəkədə itkilər 18,2 % artaraq 59,8 milyon kubmetr təşkil edib.
https://report.az/energetika/azerbaycanin-magistral-qaz-kemerlerinin-fealiyyetinden-elde-etdiyi-gelir-aciqlanib/