XƏBƏRLƏR

İqlim dəyişikliyi hazırkı ssenari ilə davam etsə, dünyanı böyük fəlakət gözləyir

AVQUST 24, 2024

İqlim dəyişikliyi hazırkı ssenari ilə davam etsə və ya daha da ağırlaşsa, dünyanı böyük fəlakət gözləyir, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı tədbir çərçivəsində COP29 üçün effektiv kommunikasiya strategiyalarına dair media seminarında deyib.

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün BMT-yə üzv dövlətlər, eləcə də Rio konvensiyasına və Paris sazişinə tərəfdaş dövlətlər ciddi və nəticəyönümlü addımlar atmalıdır.

"Bu addımın atılması üçün ən uyğun platformalardan biri də COP tədbirləridir", - Y.Rəfiyev vurğulayıb.

https://report.az/cop29/yalcin-refiyev-iqlim-deyisikliyi-hazirki-ssenari-ile-davam-etse-dunyani-boyuk-felaket-gozleyir/