Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodunun (NEZ) sentyabrın 5-dən etibarən təmir-profilaktika işləri və avadanlıqlara texniki qulluq üçün fəaliyyəti müvəqqəti dayandırılacaq.
“Zavodun fəaliyyəti sentyabrın 5-dən iki aya qədər dayandırılacaq. 2018-ci ildə istismara verildikdən sonra ilk dəfə olaraq zavodda əsaslı təmir işləri aparılacaq”, - məlumatda vurğulanıb.
STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon tondur.
SOCAR STAR neft emalı zavodunun tikintisinə və inkişafına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.
https://report.az/energetika/star-nez-temir-profilaktika-isleri-ucun-sentyabrin-evvelinde-fealiyyetini-dayandiracaq/