Nazirlər Kabineti 28 sentyabr 2023-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləğini Tarif (Qiymət) Şurası təsdiq edəcək.
Qaydaların 3.2-ci və 3.3-cü bəndləri aşağıdakı redaksiyada veriləcək:
“3.2. Aktiv istehlakçıların tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” ilə tənzimlənir. 2 3.3. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilir.”.
3.3. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilir.”.
https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-nazirler-kabinetinin-2023-8304