Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14 % olub, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazirin sözlərinə görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 19 milyard 235,4 milyon kVt/saat, ixrac 858,9 milyon kVt/saat, idxal isə 125,5 milyon kVt/saat olub.
O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2 milyard 771.8 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
https://report.az/energetika/perviz-sahbazov-azerbaycanda-elektrik-enerjisi-istehsalinda-yasil-enerji-nin-payi-14-olub/