Bu il Azərbaycandan Türkiyəyə qaz tədarükünün həcmi 9,8 milyard kubmetr olacaq ki, bu da 2024-cü il üçün planlaşdırılan 25 milyard kubmetr ixracın bir hissəsidir, bunu energetika naziri Pərviz Şahbazov Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin IV iclasında çıxışı zamanı deyib.
Nazir, enerji sahəsində əməkdaşlığı türk dövlətləri arasında əlaqələrin strateji sütunu kimi dəyərləndirilərək bildirilib ki, Azərbaycan - Türkiyə enerji birliyinin BTC ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi möhtəşəm töhfələri bu gün Türkiyə ilə bərabər çoxsaylı ölkələrin enerji təhlükəsizliyini təmin edir:
“2023-cü ilin və bu ilin 8 ayında bu kəmərlərlə Türkiyə və dünya bazarlarına 41 milyon ton neft və 37 milyard kubmetr qaz təchiz olunub. Bu il 25 milyard gözlənilən qaz ixracımızın 9,8 milyard kubmetrinin Türkiyəyə, 12,5 milyard kubmetrinin isə Avropaya tədarükü nəzərdə tutulur. Bakı-Tbilisi-Ceyhanla indiyə kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli artırılmasına dair razılaşma isə Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birləşdirici roluna bir sübutdur”, - P. Şahbazov qeyd edib.
Nazir həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Ceyhanla indiyə kimi 2 milyon ton Qazaxıstan neftinin nəqli və bu həcmlərin mərhələli artırılmasına dair razılaşma isə Azərbaycanın Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında birləşdirici roluna bir sübutdur.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 23,8 milyard kubmetr qaz ixrac edib (2022-ci illə müqayisədə 5,3 % artım), Avropaya tədarük 11,8 milyard kubmetr təşkil edib (3,5 % artım).
https://report.az/energetika/ukraynada-azerbaycan-dili-uzre-odenissiz-fakultativ-acilib/