Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri (BOEM) sahəsində 7 GVt istehsal gücünü istifadəyə verməyi planlaşdırır, bu sözləri Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov bu gün Bakıda keçirilən "Caspian Energy Forum"da deyib.
“Bu həcmin 2 GVt-ı daxili bazarın təmin edilməsi, 4 GVt-ı Qara dəniz vasitəsilə Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizi ilə ixrac üçün nəzərdə tutulacaq, 1 GVt-lıq istehsal gücünü isə Naxçıvan Muxtar Respublikası üzərindən dəhliz vasitəsilə Türkiyə və Avropaya ixrac etməyi planlaşdırırıq”, - o bildirib.
https://report.az/energetika/azerbaycan-2030-cu-ile-qeder-berpa-olunan-enerji-sektorunda-istifadeye-verilecek-gucu-aciqlayib/