XƏBƏRLƏR

Avropa Yenidənqurma və İnkişaf Bankı Neftçalada günəş elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsini nəzərdən keçirir

SENTYABR 20, 2024

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın Neftçala rayonunda 315 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsini maliyyələşdirməyi nəzərdən keçirir. Məlumata əsasən, kreditin təsdiqlənməsi oktyabrın 22-də gözlənilir.

Qeyd olunub ki, dəyəri 280 milyon dollar olan layihəyə AYİB-dən 80 milyon dollara qədər kredit ayrılacaq.

AYİB ilə yanaşı, layihəyə bir sıra digər beynəlxalq maliyyə institutlarından da dəstək gözlənilir.

Layihəni "Abu Dhabi Future Energy Company PJSC" şirkəti ("Masdar"ın törəmə şirkəti) həyata keçirəcək.

Layihənin məqsədi Azərbaycanın enerji sistemində bərpa olunan enerji mənbələrinin payını artırmaq, təbii qazdan asılılığı azaltmaq və CO2 emissiyalarını ildə 314 min ton azaltmaqdır. Bu, həm də ölkəyə Paris sazişi çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməyə kömək edəcək.

Layihə yerli olaraq mövcud olmayan innovativ maliyyə mexanizmlərinin, eləcə də ciddi ekoloji standartların istifadəsini nəzərdə tutur. Tikinti ətraf mühitə təsirin minimuma endirilməsi və biomüxtəlifliyin qorunması nəzərə alınmaqla aparılacaq.

Layihənin, əsasən, AYİB-in "yaşıl" iqtisadiyyata keçid (GET) yanaşmasına uyğun olması səbəbindən enerji keçidinə təsiri gözlənilir, çünki o, günəş enerjisindən istifadə etməklə elektrik enerjisi istehsal etməyə imkan verəcək.

https://az.trend.az/business/green-economy/3947691.html