XƏBƏRLƏR

Azərbaycan ilə Slovakiya qaz tədarükünün praktiki tərəflərini müzakirə edir

SENTYABR 25, 2024

Azərbaycan ilə Slovakiya müvafiq qaz sistemləri vasitəsilə qaz tədarükü və nəqlinin praktiki tərəflərini müzakirə edir, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumda bildirib.

Onun sözlərinə görə, Slovakiyanın “Həmrəylik halqası” (STRING) qaz dəhlizi layihəsində iştirakı Bakı ilə Bratislava arasında ikitərəfli enerji əlaqələrinin inkişafı üçün çox vacibdir:

“Bu layihə çərçivəsində əməkdaşlığımız 2023-cü ildə Sofiyada SOCAR ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın paylayıcı sistem operatorları arasında Anlaşma Memorandumu imzalandıqdan sonra yeni mərhələyə qədəm qoyub. Hazırda biz müvafiq sistemlərdən istifadə etməklə qazın tədarükü və nəqlinin praktiki tərəflərini müzakirə edirik”.

https://report.az/energetika/anar-axundov-azerbaycan-ile-slovakiya-qaz-tedarukunun-praktiki-tereflerini-muzakire-edir/