XƏBƏRLƏR

Azərbaycan “Masdar”la enerji saxlanc sistemlərinin qurulmasını müzakirə edib

SENTYABR 27, 2024

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında gələcək perspektivdə enerji saxlanc sistemlərinin qurulmasına dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, fikir mübadiləsi Agentliyin direktoru Cavid Abdullayev ilə “Masdar”ın Baş əməliyyat direktoru Abdulaziz Alobaidlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

Görüşdə “Masdar” tərəfindən icra olunacaq, ümumi gücü 1 000 MVt olan “yaşıl enerji” layihlərinin (Biləsuvar rayonunda 445 MVt, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası) icrası ilə bağlı müzakirələr aparılıb.

https://report.az/energetika/azerbaycan-masdar-la-enerji-saxlanc-sistemlerinin-qurulmasini-muzakire-edib/