Azərbaycanda ətraf mühitə emissiya edilən istilik effekti yaradan qaz tullantılarının 70 % -i enerji sektorunun payına düşür.
Bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə deyib.
Onun sözlərinə görə, bura kənd təsərrüfatına daxil olan traktor, maşınlar, avtomobillər də daxildir: "Enerji sektorunda Azərbaycan səmərəli tədbirlər həyata keçirir. Biz keçmiş SSRİ-dən qalma bütün infrastrukturu yığışdırıb, müasir zavod və stansiyalarla əvəz edirik. Artıq təkcə qazla yox, bərpaolunan enerji ilə işləyən enerji stansiyaları qururuq".
https://report.az/energetika/elnur-soltanov-azerbaycanda-karbon-emissiyasinin-70-i-enerji-sektorunun-payina-dusur/