XƏBƏRLƏR

Əmək fəaliyyəti ilə bağlı problemlər "yaşıl enerji"yə keçidi yubadır

OKTYABR 01, 2024

Əmək fəaliyyəti ilə bağlı problemlər "yaşıl enerji"yə keçid prosesini yubadır, bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 2-ci günündə "Ədalətli keçid tərəfdaşlığı və investisiya səfərbərliyi" dəyirmi masasında deyib.

O bildirib ki, "yaşıl enerji"yə keçid əmək fəaliyyəti ilə bağlı bir sıra məsələləri də gündəmə gətirir: "Hər bir dəyişiklik həm qazanan, həm də məğlub tərəf yaradır. Bu, ümumilikdə "yaşıl keçid"in yaratdığı ən böyük problemlərdəndir. "Yaşıl transformasiya" qaliblərdən daha çox məğlublar yaradır və bu, keçid prosesini əngəlləyən əsas elementlərdəndir. Məsələn, neft, təbii qaz və kömür kimi ənənəvi yanacaqdan uzaqlaşdıqca, əsas sənaye sahələri diqqətdən kənarda qalacaq və bu yeni mühitdə işçi qüvvəsi də qeyri-funksional olacaq".

Nazir müavini qeyd edib ki, bu səbəbdən insanlara yeni bacarıqlar aşılanmalıdır ki, olanlar keçid prosesinin bir hissəsinə çevrilsin, prosesin gedişini ləngitməsinlər.

https://report.az/energetika/nazir-muavini-emek-fealiyyeti-ile-bagli-problemler-yasil-enerji-ye-kecidi-yubadir/