Karbonun utilizasiyası və saxlanmasına diqqəti artırmaq lazımdır, bunu Energetika Nazirliyin nümayəndəsi "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 3-cü günündə çıxışı zamanı bildirib. O vurğulayıb ki, karbonun utilizasiyası və saxlanması istixana qazı emissiyalarının azaldılmasında mühüm rol oynayır və bu istiqamətin inkişaf etdirilməsi vacibdir.
Onun sözlərinə görə, Azərbaycan uzun müddət təbii qazdan çıxarılan boz hidrogen istehsal edib: "Lakin yüksək xərclərə görə istehsal dayandırılıb. Hazırda biz boz hidrogeni "yaşıl enerji mənbələri" ilə əvəz etməyə diqqət yetiririk. Bu keçid üçün yeni sistemlər hazırlayırıq və müvafiq standartlar artıq müəyyən edilib. Biz yaxın gələcəkdə bu planların uğurla həyata keçirilməsini gözləyirik", - deyə əlavə edib.
O, həmçinin qeyd edib ki, Azərbaycan təkcə neft-qaz sahəsində deyil, həm də bərpa olunan enerji sahəsində tədqiqatlar aparmaq potensialına malikdir. Onun fikrincə, yeni sənaye sahələri üçün zəruri olan kadrların təhsil hazırlığına xüsusi diqqət yetirilməlidir, yeni iqtisadiyyata keçid şəraitində neft-qaz sektorunda çalışan bir milyondan çox insanın məşğulluğunun təmin edilməsinin vacibliyini vurğulayıb.
https://report.az/energetika/boemda-azerbaycanda-boz-hidrogeni-yasil-enerji-menbeleri-ile-evez-edilmesi-planlasdirilir/