Braziliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşüb.
Görüşdə “Hidrogen Bəyannaməsi”nin COP29 Sədrliyinin enerji təşəbbüslərindən biri olduğu, ölkəmizdə hazırda hidrogen strategiyasının hazırlandığı və dənizdə külək enerjisi əsasında hidrogen istehsalı və ixracını nəzərdə tutan layihələr barədə məlumatlar verilib.
COP zamanı hidrogen mövzusunda tədbirlərdə iştirak və əməkdaşlıq imkanları müzakirə edilib. COP-da uğurlu nəticə əldə etmək üçün Hidrogen Şurasının maraqlı dairələrin cəlbi istiqamətində dəstəyi təklif olunub.
https://report.az/energetika/azerbaycan-hidrogen-surasi-ile-emekdasligi-deyerlendirir/