XƏBƏRLƏR

SOCAR Əbu-Dabidə beynəlxalq neft sərgisində və konfransında iştirak edir

NOYABR 05, 2024

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) noyabrın 4-7-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən beynəlxalq neft sərgisində və konfransında iştirak edir.

“Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransı-ADIPEC 2024”də SOCAR öz stendi ilə təmsil olunur”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, ADIPEC 2024 konfransında insanlara, planetə fayda verəcək ümumi iqtisadi transformasiyanın sürətləndirilməsində enerjinin rolu araşdırılacaq. Müxtəlif ölkələri təmsil edən 16 min 500-dən çox nümayəndənin qatıldığı konfransda 1600-dən çox spiker yer alıb. Konfrans çərçivəsində 350-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulub.

https://report.az/energetika/socar-ebu-dabide-beynelxalq-neft-sergisi-ve-konfransinda-istirak-edir/