Azərbaycanın “yaşıl enerji keçidi” planları kontekstində nüvə enerjisindən istifadə imkanlarının araşdırılması istiqamətində Energetika Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Energetika nazir bildirib ki, Romada AEBA-nın Baş direktoru Rafael Mariano Grossi ilə məhsuldar görüşü olub.
Həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbirinin keçirilməsinə dair fikirlərini bölüşüblər.
https://report.az/energetika/azerbaycan-aeba-ile-nuve-enerjisinden-istifade-imkanlarini-muzakire-edib/