XƏBƏRLƏR

Bu il ARDNF AÇG-nin işlənməsindən 5 milyard dollardan çox gəlir əldə edib

NOYABR 07, 2024

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 5 milyard 334,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu, 2023-cü ilin 10 ayının göstəricisi ilə müqayisədə 531,6 milyon ABŞ dolları və yaxud 9,06 % azdır.

Ötən ilin yanvar-oktyabr aylarında ARDNF yataqlar blokunun işlənməsindən 5 milyard 865,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

https://report.az/energetika/bu-il-ardnf-acg-nin-islenmesinden-5-milyard-dollardan-cox-gelir-elde-edib/