XƏBƏRLƏR

Azərbaycan və Özbəkistan BEM layihələrinin həyata keçirilməsində oxşar ambisiyalara malikdir

NOYABR 13, 2024

Azərbaycan və Özbəkistan bərpa olunan enerji mənbələri (BEM) sahəsində layihələrin həyata keçirilməsində oxşar ambisiyalara malikdir.

Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə bildirib.

"Bizim strategiyamız 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının 40 %-ə çatdırılmasını nəzərdə tutur. Bilirəm ki, Azərbaycanın da eyni ambisiyaları var. Biz təcrübəni öyrənir və “yaşıl layihə”lərin həyata keçirilməsində səylərimizi birləşdiririk", - o qeyd edib.

Bundan əlavə, nazirin sözlərinə görə, bu gün “yaşıl enerji”nin ötürülməsi təşəbbüsünə start verilib, enerji dəhlizi Mərkəzi Asiya və Qafqazı Avropa ilə birləşdirəcək. "Əminik ki, yaxın illərdə biz bu tarixi layihəni həyata keçirə biləcəyik və bunun sayəsində Mərkəzi Asiya və Azərbaycan, Qafqaz Avropa qitəsinin enerji təchizatının sabitliyini təmin edən regionlara çevriləcək", - nazir əlavə edib.

https://report.az/energetika/leziz-kudratov-azerbaycan-ve-ozbekistan-bem-layihelerinin-heyata-kecirilmesinde-oxsar-ambisiyalara-malikdir/