XƏBƏRLƏR

Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsi davam etdirilir

NOYABR 25, 2024

Qazaxıstan neftini Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsini davam etdirir, bunu ölkənin energetika naziri Almasadam Satkaliyev hökumət saatında bildirib.

"Bakı-Supsa neft kəmərinin imkanları nəzərdən keçirilir. Kəmərin illik ötürücülük qabiliyyəti 5 milyon ton, mümkün tədarük həcmi ildə 3 milyon tona qədərdir. Bu marşrutun istifadəsi hazırda işlənmə və müzakirə mərhələsindədir", - A.Satkaliyev vurğulayıb.

Nazir əlavə edib ki, Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Qazaxıstan neftinin ixracı üçün ən etibarlı marşrut olaraq qalır:

“Hazırda CPC Qazaxıstan neftinin ixracı üçün ən etibarlı və səmərəli marşrutdur. Bu gün tədarük həcmini 67 milyon tondan 81,5 milyon tona, o cümlədən Qazaxıstan bölməsi üçün 53,7 milyon tondan 72,5 milyon tona qədər artırmaq texniki cəhətdən mümkündür”.

A.Satkaliyev bildirib ki, 2024-cü ildə Qazaxıstandan ümumi neft ixracı 68,8 milyon ton neft səviyyəsində planlaşdırılır.

Ötən il Qazaxıstan 90 milyon ton hasilatla xarici bazarlara 70,5 milyon ton neft çıxarıb. Nazirin sözlərinə görə, neft ixracı aşağıdakı əsas istiqamətlər üzrə həyata keçiriləcək:

Xəzər Boru Kəməri Konsorsiumu - 55,4 milyon ton neft, Atırau - Samara - 8,6 milyon ton, Çin - 1,1 milyon ton, Aktau limanı - 3,6 milyon ton, dəmir yolu ilə - 0,05 milyon ton.

https://report.az/energetika/qazaxistan-neftinin-baki-supsa-marsrutu-ile-neqli-imkanlarinin-muzakiresi-davam-etdirilir/