OPEC ölkələri nazirlər konfransında Küveyt təmsilçisi Haysam əl-Qaysın təşkilatın baş katibi vəzifəsində səlahiyyət müddətini daha üç il müddətinə uzadıb, bu barədə OPEC-in bəyanatında deyilir.
Əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEC-dəki nümayəndəsi olub. Onun səlahiyyət müddəti 2025-ci il avqustun 1-dən 3 il müddətinə uzadılır.
Qeyd edək ki, OPEC Konfransı adətən baş katibi 3 il müddətinə təyin edir və onun səlahiyyətlərini eyni müddətə daha bir dəfə uzada bilər.
https://report.az/energetika/haysam-el-qays-daha-uc-il-opec-in-bas-katibi-olacaq/