Asiya İnkişaf Bankı (ADB) Pakistanın enerji infrastrukturunun modernləşdirilməsi və paylayıcı şirkətlərin etibarlı elektrik təchizatını təmin etmək qabiliyyətinin artırılması üçün 200 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
Məlumata görə, layihənin həyata keçirilməsi enerjinin ötürülməsi zamanı enerji itkilərini əhəmiyyətli dərəcədə azaltmağa, infrastrukturun iqlim dəyişikliyinə və təbii fəlakətlərə qarşı dayanıqlılığını artırmağa kömək edəcək.
Layihə Pakistanda elektrik enerjisinə sürətlə artan tələbatın ödənilməsinə yönəlib.
https://report.az/energetika/adb-pakistanin-enerji-infrastrukturunun-modernlesdirilmesi-ucun-200-milyon-abs-dollari-ayirib/