Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 23 milyard 522 milyon 163,88 min kubmetr həcmində təbii qaz ixrac edib. Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 7 milyard 604 milyon 209,14 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,5 %, dəyəri isə 40,5 % azdır. Azərbaycanın ümumi ixracında təbii qazın payı 31,24 % olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.
https://report.az/energetika/azerbaycan-11-ayda-23-milyard-kubmetrden-cox-tebii-qaz-ixrac-edib/