Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda su ilə işləyən stansiyalar 2 milyard 720,2 milyon kVt-saat elektrik enerjisi istehsal edib, bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 132,4 milyon kVt-saat (71,3%) çoxdur.
Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-noyabr aylarında 24 milyard 360,2 milyon kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 572,1 milyon kVt-saat (2,3%) azdır. Ümumilikdə isə ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2024-сü ilin yanvar-noyabr aylarında 2789,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
https://az.trend.az/business/energy/3984088.html