Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 520,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib, bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, bu,ötən ilin eyni dövrü ilə müqayisədə 457,9 mln. kVt-saat (8,4 dəfə) çoxdur. Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-noyabr aylarında 24 milyard 360,2 milyon kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 572,1 milyon kVt-saat (2,3%) azdır.
Ümumilikdə isə ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2024-сü ilin yanvar-noyabr aylarında 2789,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
https://az.trend.az/business/energy/3984077.html