Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 93 milyon 934 min ABŞ dolları dəyərində 1 milyard 745 milyon 249 min kvt/saat elektrik enerjisi ixrac edilib, bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 285 milyon 366 min ABŞ dolları (75,2%), həcm baxımından isə 2 milyard 177 milyon 968 min kvt/saat (55,5%) azdır.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,39%, qeyri-neft sektoru üzrə ixracında isə 3,04% paya malik olub.
https://az.trend.az/business/energy/3983499.html