Almaniyada keçirilmiş beynəlxalq tədbirdə Azərbaycanın qlobal yaşıl enerji inkişafındakı artan rolu diqqətə çatdırılıb. Tədbirdə hökumət rəsmiləri, enerji mütəxəssisləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı iştirakçılar Azərbaycanın bərpa olunan enerjiyə keçid istiqamətində atdığı addımlar, Avropa İttifaqı ilə qurulan strateji tərəfdaşlıq və ölkənin qlobal iqlim hədəflərinə sadiqliyi barədə fikirlərini bölüşüblər. Xüsusilə genişmiqyaslı külək və günəş enerjisi layihələrinin həyata keçirilməsi və sərhədlərarası yaşıl enerji təşəbbüslərində Azərbaycanın lider rolu xüsusi vurğulanıb.
Həmçinin qeyd olunub ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin qlobal iqlim təşəbbüslərinə verdiyi töhfəni nümayiş etdirmək və regional yaşıl enerji mərkəzinə çevrilmək imkanlarını daha da genişləndirəcək.
Tədbir bir daha beynəlxalq ictimaiyyətin Azərbaycanın qlobal enerji transformasiyasında strateji əhəmiyyətini və Avropa ilə yanaşı digər bazarlara təmiz enerji tədarükü potensialını tanıdığını göstərib.
https://report.az/energetika/azerbaycanin-yasil-enerji-de-rolu-beynelxalq-tedbirde-diqqete-catdirilib/