XƏBƏRLƏR

Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə əlaqələrin genişləndirilməsini və bərpa olunan enerji əməkdaşlığını müzakirə ediblər

İYUL 10, 2025

İyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb, Report xəbər verir.

Görüş zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələləri müzakirə olunub, xüsusilə enerji sahəsində, o cümlədən bərpa olunan enerji üzrə uğurlu əməkdaşlığa diqqət yetirilib və bu istiqamətdə gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki dövlət başçısı SOCAR ilə ADNOC, həmçinin Azərbaycan ilə BƏƏ-nin “Masdar” şirkəti arasında bərpa olunan enerji sahəsində həyata keçirilən uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər.

https://renewables.az/en/news/azerbaijan-and-uae-presidents-discussed-prospective-renewable-energy-projects