Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Valyuta Fondu (BVF) bərpa olunan enerji və qaz ixracı infrastrukturu sahəsində fikir mübadiləsi aparıblar.
Müzakirələr BVF-nin Azərbaycandakı missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüş zamanı aparılıb.
Görüşdə ölkənin neft-qaz sektorunun inkişaf dinamikası, hasilat proqnozları, investisiyalar və enerji keçidi çərçivəsində həyata keçirilən tədbirlər müzakirə olunub.
Tərəflər həmçinin bərpa olunan enerji, qaz ixracı infrastrukturu və bu sahələrə dair digər məsələlər üzrə də fikir mübadiləsi aparıblar.
https://report.az/en/energy/socar-and-imf-mull-renewable-energy-and-gas-export-infrastructure/