XƏBƏRLƏR

Biləsuvar rayonunda Azərbaycanın ən böyük Günəş Elektrik Stansiyasının tikintisinə başlanılıb

AVQUST 13, 2025

Biləsuvar rayonunda Azərbaycanın ən iri günəş enerjisi layihəsinin tikintisinə rəsmi olaraq start verilib. Tikinti mərhələsinin başlanmasını simvolizə edən ilk günəş panelinin montajı bu gün həyata keçirilib. Gələcəkdə 445 meqavat gücə malik olacaq bu stansiya rayonun enerji təminatını gücləndirməklə yanaşı, bərpa olunan enerji mənbələrinin istifadəsini genişləndirəcək.

Təntənəli mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov və Çin Enerji İnkişaf şirkətinin nümayəndələri iştirak ediblər. Tədbirdə layihənin regionun davamlı inkişafına və ekoloji cəhətdən təmiz enerjinin istehsalına mühüm töhfə verəcəyi vurğulanıb.

Tərəfdaş şirkətlərin nümayəndələri layihə ilə bağlı ətraflı məlumat təqdim ediblər. Tədbirin sonunda Faiq Qürbətov və Murad Sadıxov ilk günəş panelinin montajını imzalayaraq tikinti mərhələsini rəsmi olaraq işə salıblar.

https://renewables.az/en/news/azerbaijan-begins-construction-of-country-s-largest-spp