Monteneqronun baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında Azərbaycanın enerji resurslarının daşınmasında liderlik ambisiyalarını və Monteneqronun Balkan-Avropa enerji mərkəzi kimi potensialını vurğulayıb. Bu barədə Report xəbər verir.
İbrahimoviç Monteneqronun strateji coğrafi mövqeyini qeyd edərək, bunun Azərbaycanla əməkdaşlığa marağın artmasına səbəb olduğunu və Avropaya enerji tranziti sahəsində müxtəlif birgə təşəbbüslər üçün perspektivlər yaratdığını bildirib.
O, Monteneqronun güclü bərpa olunan enerji potensialını – illik 200-dən çox günəşli günləri və bol su enerjisi resurslarını vurğulayıb.
“Əminəm ki, Azərbaycandan Qərbi Avropaya enerji marşrutunun çəkilməsi üçün strateji əhəmiyyətə malik olan İon-Adriatik Boru Kəməri vasitəsilə əməkdaşlıq imkanlarını müəyyənləşdirə bilərik”, – İbrahimoviç bildirib.
https://report.az/en/energy/minister-montenegro-sees-good-prospects-for-energy-cooperation-with-azerbaijan