Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov “Yaşıl Dəhliz Birliyi” MMC-nin baş direktoru Tural Əliyev ilə görüşüb. Bu barədə EMTA məlumat yayıb.
Görüş zamanı tərəflər EMTA ilə “Yaşıl Dəhliz Birliyi” MMC arasında əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. “Yaşıl Enerji Dəhlizi” təşəbbüsü çərçivəsində planlaşdırılan işlər, layihənin tənzimləmə aspektləri və bu sahədə EMTA-nın potensial rolu, elektrik enerjisinin ixracı ilə bağlı bazar mexanizmləri və infrastruktur, texniki və institusional birgə fəaliyyət imkanları, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 13 noyabr 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Həmin sazişin icrasını dəstəkləmək məqsədilə “Yaşıl Dəhliz Birliyi” MMC yaradılıb.
https://renewables.az/az/news/emta-v-ya-l-d-hliz-alyans-aras-nda-m-kda-l-q-imkanlar-m-zakir-edilib