XƏBƏRLƏR

Nazir müavini: Qafqaz və Balkan ölkələri əməkdaşlıq potensialından daha geniş istifadə etməlidir

MAY 12, 2026

Energetika nazirinin müavini Elnur Soltanov Belqrad Enerji Forumunda “Cənub-Şərqi Avropada enerji keçidinin təmin edilməsi: əməkdaşlıq, dayanıqlılıq, liderlik” mövzusunda panel sessiyasında çıxış edərək bildirib ki, Qafqaz və Balkan ölkələri müxtəlif dillərdə danışsalar, fərqli mədəniyyətlərə sahib olsalar və resursları məhdud olsa da, əməkdaşlıq yolunu tapmaq bacarıqlarını daha çox işə salmalıdırlar. “Report”un Balkan bürosu xəbər verir.

Nazir müavini qeyd edib ki, Balkan və Qafqaz ölkələri arasında çoxlu oxşarlıqlar mövcuddur: “Təəssüf ki, bu oxşarlıqlar çox vaxt münaqişələrə və qanlı hadisələrə bağlıdır. Çünki hər iki region böyük dövlətlər tərəfindən əhatə olunmuş mürəkkəb bir coğrafiyadır. Lakin eyni zamanda Azərbaycan cəsarətli və tanınan bir ölkədir. Biz müxtəlif mədəniyyətləri tanıyırıq, fərqli dilləri anlayırıq və güclü aktorlarla işləməyi bacarırıq. Bunu xüsusilə vurğulayıram ki, buradan çıxarılmalı dərslər var. Azərbaycan bu mədəni və dil yaxınlıqlarından istifadə edərək regional koalisiya qurmağı bacarıb. Eyni zamanda, çətin dövrdə regional güc mərkəzi olan Türkiyənin dəstəyini qazanmışıq. Əgər səmərəli əməkdaşlıqlar qurmasaydıq, bugünkü layihələri reallaşdırmaq mümkün olmazdı. Biz bir-birimizdən bu cür uğurlu nümunələri öyrənməliyik

https://report.az/energetika/nazir-muavini-qafqaz-ve-balkan-olkeleri-emekdasliq-qabiliyyetlerinden-daha-cox-istifade-etmelidir