“UEW 2026” Beynəlxalq Enerji Forumu çərçivəsində Daşkənddə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji qurumlarının nümayəndələri arasında üçtərəfli görüş keçirilib. Forumda Azərbaycanı energetika nazirinin müavini Orxan Zeynalov təmsil edib.
Renewables Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsinin inkişafına yönəlmiş “Yaşıl Enerji Dəhlizi” layihəsinin icra vəziyyətini nəzərdən keçiriblər.
Görüş iştirakçıları xüsusilə enerji infrastrukturunun genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqazın enerji sistemlərinin inteqrasiyası üçün yeni elektrik verilişi xətlərinin inkişafı məsələlərinə diqqət yetiriblər.
İştirakçılar həmçinin layihənin gələcək tərəqqisində və transregional yaşıl enerji dəhlizinin inkişafı üzrə birgə fəaliyyətlərin əlaqələndirilməsinin davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
https://renewables.az/az/news/az-rbaycan-qazax-stan-v-zb-kistan-ya-l-enerji-d-hlizi-layih-sinin-inki-af-n-m-zakir-edib