Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiye Petrolleri A.O.” (TPAO) arasında bu iki qurumun tərəfdaşlığı ilə icra olunan layihələrin gedişatı nəzərdən keçirilib. “Report” SOCAR-a istinadən xəbər verir ki, müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəflə TPAO-nun Xarici Layihələr İdarəsinin rəisi Çağrı Şirin və şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Halil Buğra Yavuz arasında keçirilən görüşdə aparılıb.
Görüşdə SOCAR ilə TPAO arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Bu çərçivədə, ötən il TPAO-nun “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş”ə qoşulmasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
https://report.az/energetika/socar-ve-tpao-birge-heyata-kecirdikleri-layihelerin-icra-veziyyetini-muzakire-edib