Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında ‘yaşıl enerji’nin inkişafı və ötürülməsi” layihəsinin Texniki İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması ilə bağlı müzakirələr aparılıb. “Report” xəbər verir.
Bu müzakirələr Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin ADB-nin Manilada (Filippin) təşkil etdiyi Asiya Təmiz Enerji Forumunda bankın Şərqi, Mərkəzi və Qərbi Asiya üzrə enerji direktoru Joonho Hwang və inkişaf etməkdə olan sahələr üzrə direktoru Cindy Tiangco ilə keçirdiyi işgüzar görüşdə aparılıb.
Görüşdə bankın dəstəyi ilə Azərbaycanda həyata keçirilən enerji layihələri müzakirə olunub.
Bununla yanaşı, enerji sektorunda gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər istiqamətlər, həmçinin qarşıdakı mərhələlər və fəaliyyət planı ətrafında geniş fikir mübadiləsi aparılıb
https://report.az/energetika/azerbaycan-ve-adb-yasil-enerji-layihesi-uzre-tie-nin-hazirlanmasini-muzakire-edib