XƏBƏRLƏR

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu artırıb

İYUN 10, 2026

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı proqnozunu yüksəldib. “Report” xəbər verir ki, bu barədə EIA-nın “Qısamüddətli enerji perspektivi” hesabatının iyun ayı buraxılışında qeyd edilib.

Yenilənmiş məlumatlara əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək. Ötən ay bu rəqəm üçün proqnoz 540 min barel idi.

Bu ilin ikinci rübündə sutkalıq neft hasilatı 550 min barel olacağı gözlənilir ki, ötən ay verilən proqnoz da 540 min barel olmuşdu.

Üçüncü və dördüncü rüblərdə neft hasilatının sutkada 540 min barel olacağı proqnozlaşdırılır. May ayında həmin rüblər üzrə proqnoz 530 min barel idi.

Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərində neft hasilatı sutkada 570 min barel, üçüncü və dördüncü rüblərdə isə 560 min barel təşkil etmişdi.

EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada orta hesabla 570 min barel olub.

https://report.az/energetika/eia-bu-il-ucun-azerbaycanda-neft-hasilati-proqnozunu-artirib