İran və ABŞ arasında gərginliyin artması aprel ayındakı atəşkəs razılaşmasını təhlükə altına qoyub. Əgər tammiqyaslı döyüşlər yenidən başlasa, neftin qiyməti bir barel üçün 150 dollara yaxınlaşa bilər. Bu barədə “Report” “Rystad Energy” konsaltinq şirkətinin geosiyasi təhlil şöbəsinin müdiri Xorxe Leonun fikirlərinə istinadən xəbər verir.
“Əvvəlki qiymətləndirməmizlə müqayisədə yaxın vaxtlarda razılığa gəlmə ehtimalı 40% azalıb. Vəziyyət getdikcə daha qeyri‑müəyyən olur və növbəti bir neçə gün diplomatiyanın yenidən üstünlük qazana biləcəyini, yoxsa münaqişənin daha uzunmüddətli eskalasiya mərhələsinə keçəcəyini anlamaq üçün çox vacib olacaq”, – deyə ekspert bildirib.
“Rystad Energy”nin qeyd etdiyi kimi, bu qeyri‑müəyyənlik neft qiymətlərinin dinamikasında özünü göstərir. “Brent” markalı xam neft fyuçers müqaviləsinin qiyməti iyunun 10-da kəskin artaraq barel üçün təxminən 94,5 dollara çatıb, daha sonra isə düşərək barel üçün təxminən 93 dollar səviyyəsinə qayıdıb.
https://report.az/energetika/rystad-neft-qiymetleri-150-dollara-qeder-yuksele-biler