XƏBƏRLƏR

Azərbaycan ilə İordaniya arasında əməkdaşlıq imkanları dəyərləndirilib

İYUN 25, 2026

Energetika naziri Pərviz Şahbazov ilə İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl‑Qadinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş baş tutub. Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə dostluq münasibətlərinə və yüksək siyasi dialoqa əsaslanan Azərbaycan‑İordaniya əlaqələrinin enerji sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı vurğulanıb. Hər iki ölkənin enerji istehsalı, ixracı və təminatı ilə bağlı mövcud vəziyyət nəzərdən keçirilib.

Neft‑qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları dəyərləndirilib.

Azərbaycan və İordaniyanın müvafiq nazirlikləri arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə İşçi qrupunun yaradılmasının vacibliyi qeyd olunub.

Görüş zamanı qlobal enerji bazarlarında mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.

https://report.az/energetika/azerbaycan-ile-iordaniya-arasinda-emekdasliq-imkanlari-deyerlendirilib