Qazaxıstan Türkmənistan və Azərbaycandan aviasiya yanacağının idxalı imkanını müzakirə edir. "Report" "İnterfaks-Qazaxıstan"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bu gün parlamentin kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.
"Bilirəm ki, Çindən aviasiya yanacağı gətirən treyderlərimiz var. Türkmənistan və Azərbaycandan aviasiya yanacağının idxalı məsələsi üzərində iş gedir, həmçinin uzaq xarici ölkələrlə də dialoqlar aparılır", – deyə o bildirib.
https://report.az/energetika/qazaxistan-azerbaycan-ve-turkmenistandan-aviasiya-yanacagi-idxalini-nezerden-kecirir