XƏBƏRLƏR

KMG və "Chevron" Qazaxıstan neftinin BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib

İYUL 01, 2026

"KazMunayQaz" (KMG) SC-nin İdarə Heyətinin sədri Asxat Xasenovla "Chevron" şirkətinin "upstream" üzrə prezidenti Kley Neff arasında Astanada görüş keçirilib. Görüşdə tərəflər Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə, həmçinin əlavə ixrac marşrutu kimi Bakı‑Tbilisi‑Ceyhan (BTC) ixrac boru kəməri ilə dünya bazarlarına tədarükü məsələsini müzakirə ediblər, "Report" Qazaxıstan şirkətinə istinadən xəbər verir.

"KMG və 'Chevron' geoloji kəşfiyyat sahəsində əməkdaşlığı da müzakirə edib. Hazırda şirkətlər Qazaxıstanda perspektivli geoloji kəşfiyyat layihələri çərçivəsində qarşılıqlı fəaliyyət imkanlarını araşdırır. Bundan əlavə, Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə və əlavə ixrac marşrutu olaraq BTC istiqamətində dünya bazarlarına tədarükü müzakirə olunub", – məlumatda qeyd edilib.

Görüşün yekununda "KazMunayQaz" və "Chevron" qarşılıqlı faydalı tərəfdaşlığı möhkəmləndirməyə hazır olduqlarını təsdiqləyiblər.

https://report.az/energetika/kmg-ve-chevron-neftin-qazaxistandan-btc-ile-dunya-bazarlarina-tedarukunu-muzakire-edib