Azərbaycan və Türkmənistan arasında beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi və birgə layihələrdə iştirak imkanları müzakirə olunub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib, "Report" xəbər verir.
"Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərimiz çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanovla görüşdük. Ölkələrimizin zəngin enerji potensialının iqtisadi tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaratdığını vurğuladıq. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi və birgə layihələrdə iştirak imkanlarını müzakirə etdik", – deyə nazir qeyd edib.
https://report.az/biznes-xeberleri/azerbaycan-ve-turkmenistan-enerji-emekdasligini-muzakire-edib