ABŞ Energetika Nazirliyinin Energetika İnformasiya Administrasiyası (EIA) Azərbaycanda gündəlik neft hasilatı üzrə 2027-ci il proqnozunu sutkada 520 min barel səviyyəsində saxlayıb. "Report" xəbər verir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" hesabatının iyun buraxılışında qeyd edilib.
Yenilənmiş rəqəmlərə əsasən, 2027-ci ilin birinci rübündə hasilat 530 min b/s təşkil edəcək.
2027-ci ilin ikinci və üçüncü rüblərinin hər birində hasilat sutkada 520 min barel olacaq.
Dördüncü rübdə EIA orta gündəlik hasilatın 510 min barel səviyyəsində olacağını proqnozlaşdırır.
Xatırladaq ki, ABŞ Energetika Nazirliyi oxşar göstəriciləri bir ay əvvəl də açıqlamışdı.
https://report.az/energetika/eia-2027-ci-il-ucun-azerbaycanda-neft-hasilati-proqnozunu-deyismez-saxlayib