XƏBƏRLƏR

Prezident Gürcüstana elektrik enerjisi təchizatına dair sazişi təsdiqləyib

İYUL 10, 2026

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş"i təsdiqləyib, "Report" xəbər verir.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Saziş 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb.

Fərmanda qeyd olunur ki, saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan hökumətinə bildiriş göndərməlidir.

https://report.az/energetika/prezident-ilham-eliyev-azerbaycandan-gurcustana-elektrik-enerjisinin-techizatina-dair-sazisi-tesdiqleyib