"AzərEnerji" ASC ilə Dünya Bankı arasında bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası (AZURE) layihəsinin ümumi gedişatı ilə bağlı müzakirələr aparılıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, söhbət "AzərEnerji"nin sədri Baba Rzayevlə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolanda Praysın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə olub.
Görüşdə AZURE layihəsinin komponentlər üzrə hazırkı vəziyyəti, qarşıdakı işlər və yeni əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycanda həyata keçirilən genişmiqyaslı bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və əməkdaşlıq perspektivləri ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.
https://report.az/energetika/prezident-ilham-eliyev-azerbaycandan-gurcustana-elektrik-enerjisinin-techizatina-dair-sazisi-tesdiqleyib