XƏBƏRLƏR

Energetika Nazirliyi yarım ildə 7 mindən çox müraciət qeydə alıb

İYUL 13, 2026

2026-cı ilin ilk altı ayı ərzində Energetika Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən qurumlara ümumilikdə 7 326 vətəndaş müraciəti daxil olub.

Bu barədə Nazirliyin məlumatında bildirilir.

Qeyd olunub ki, müraciətlərin 1 043-ü məlumat xarakterli, 6 283-ü isə icra yönümlü olub. İcra xarakterli müraciətlərdən 5 729-u müvafiq qaydada cavablandırılıb və ya həll edilib, 554 müraciət üzrə isə işlər davam etdirilir.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtlərin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, enerji təchizatının keyfiyyəti, fasilələrin yaranması, mühafizə zonaları, kabelləşmə, qazlaşdırma, borc və cərimələr, sayğac nasazlıqları, bərpa olunan enerji, enerji səmərəliliyi, qəbul üçün qeydiyyat, kadr məsələləri, müxtəlif icazələr, təşəkkür məktubları və digər mövzularla bağlı olub.

Hesabat dövründə daxil olan müraciətlərin 4 948-i Nazirliyin "Çağrı Mərkəzi" və "Qaynar xətt" xidmətləri vasitəsilə qəbul edilib. Bu müraciətlərdən 4 080-i elektrik və istilik enerjisi, həmçinin təbii qaz təchizatı ilə əlaqədar, 512-si təşəkkür xarakterli, 356-sı isə digər məsələlər üzrə olub.

Bundan əlavə, yarım il ərzində Energetika Nazirliyinin Aparatı və tabeli qurumların rəhbər şəxsləri tərəfindən ümumilikdə 203 vətəndaş qəbul edilib.

https://report.az/energetika/energetika-nazirliyi-l-yarimilde-7-minden-cox-vetendas-muracieti-qebul-edib