XƏBƏRLƏR

Azərbaycan neftinin dəyəri 3 dollardan artıq yüksəlib

İYUL 14, 2026

Dünya bazarında Azərbaycan neftinin "Azeri Light" markalı bir barelinin dəyəri 3,38 ABŞ dolları (4,3 %) artaraq 81,29 ABŞ dollarına yüksəlib.

Bu barədə "Report"a neft bazarı üzrə məlumatlı mənbə məlumat verib.

Hərracların yekunlarına əsasən, "Brent" markalı neftin sentyabr ayı üzrə fyuçers kontraktlarının qiyməti 77,32 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir bareli 3,3 ABŞ dolları və ya 4,4 % bahalaşaraq 78,36 ABŞ dollarına çatıb.

2025-ci il üçün Azərbaycan dövlət büdcəsində neftin orta satış qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.

Azərbaycanda bu növ neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Həmin müqavilədə SOCAR-ın payı 31,65 % təşkil edir.

https://report.az/energetika/azerbaycan-neftinin-qiymeti-3-dollardan-cox-artib