XƏBƏRLƏR

Gürcüstanın Azərbaycandan neft və neft məhsulları idxalı iki dəfə artıb

İYUL 21, 2026

2026-cı ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 69,8 milyon ABŞ dolları olan 71 min 866 ton neft və neft məhsulları idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan idxalın dəyəri 3 dəfə, həcmi isə 2 dəfə artıb.

Bununla da Azərbaycan Gürcüstanın neft və neft məhsulları idxal etdiyi ölkələr arasında 4-cü pillədə qərarlaşıb.

Ümumilikdə, 2026-cı ilin ilk altı ayında Gürcüstan xarici ölkələrdən 904 min 212 ton neft və neft məhsulu idxal edib. Bu idxalın ümumi dəyəri 811,8 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə dəyər baxımından 34 %, həcm baxımından isə 12 % artım deməkdir.

Hesabat dövründə Gürcüstanın əsas neft və neft məhsulları tədarükçüsü Rusiya olub. Bu ölkədən 365,8 min ton məhsul (270 milyon ABŞ dolları), Türkiyədən 87 min ton (106,8 milyon ABŞ dolları), Rumıniyadan 115,2 min ton (105,95 milyon ABŞ dolları), Azərbaycandan 71,9 min ton (69,8 milyon ABŞ dolları), Belarusdan isə 51,7 min ton (50,9 milyon ABŞ dolları) idxal olunub.

Qeyd edək ki, 2025-ci ildə Gürcüstan xaricdən ümumilikdə 1,8 milyon ton neft və neft məhsulu idxal edib. Bu idxalın dəyəri 1,4 milyard ABŞ dolları təşkil edib. Həmin həcmdən 172 min ton və ya 118 milyon ABŞ dolları dəyərində məhsul Azərbaycanın payına düşüb.

https://report.az/energetika/gurcustan-azerbaycandan-neftin-ve-neft-yaglarinin-idxalini-2-defe-artirib