Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin bir bareli 4,82 ABŞ dolları və ya 5,13% bahalaşaraq 98,73 ABŞ dollarına yüksəlib.
Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların yekunlarına əsasən, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 92,19 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir barelinin qiyməti isə 4,82 ABŞ dolları və ya 5,36 % artaraq 94,81 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub. Bu marka üzrə neft Azərbaycanda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir və layihədə SOCAR-ın payı 31,65 % təşkil edir.
https://report.az/energetika/azerbaycan-neftinin-qiymeti-99-dollara-yaxinlasir