XƏBƏRLƏR

Azərbaycan "PowerChina Resources Ltd." ilə günəş və dəniz külək enerjisi layihələrini müzakirə edib

İYUL 23, 2026

Azərbaycan "PowerChina Resources Ltd." şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyasının tikintisi, eləcə də Xəzər dənizində 2 QVt gücündə dəniz külək enerjisi layihəsinin inkişaf imkanlarını müzakirə edib.

Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Nazirin sözlərinə görə, "PowerChina Resources Ltd." şirkətinin prezidenti Yanq Tianfu ilə keçirilən görüşdə Azərbaycan və Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin birgə reallaşdırılan "yaşıl enerji" layihələrinin icra vəziyyəti nəzərdən keçirilib.

Görüş zamanı, həmçinin elektrik şəbəkəsinin modernləşdirilməsi, bərpaolunan enerji mənbələrinin enerji sisteminə etibarlı inteqrasiyası və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

https://report.az/energetika/azerbaycan-powerchina-resources-ltd-ile-gunes-ve-kulek-enerjisi-layihelerinin-inkisafini-muzakire-edib